15 Ocak 2015 Perşembe

Mən Alican Mirzəyev ...

Salam Hərkəsə.Bu gün yeni şəxsi blogumda ilk məqaləmi özüm haqqımda yazmaq istədim.Mənim də həyatım hər kəs kimi sadə yenə də özüm haqqımda məlumat vermək istədim. Allah Muhəmməd YA Əli

Haqqımda
Alican Mirzəyev Seymur oğlu 1998-ci ildə Lerik rayonunun Cəngəmiran kəndində anadan olmuşam.Anadan olduğum gündən təxminən 1 həftə sonra Bakı şəhərinə gəlmişəm və hal-hazırda Bakı şəhəri,Xəzər rayonu,Binə qəsəbəsində yaşayıram.2003-cü ildə yaşadığım yerdə 149 nömrəli məktəbə 1-ci sinifə getmişəm.Hal-Hazırdada həmin məktəbin 11-ci sinfində oxuyuram

İlk komputer maraqım
İlk dəfə komputeri 8 il bundan əvvəl 2007-ci ildə aldım.Hər kəs kimi məndə ilk başlarda oyun diskləri alıb oyun oynuyurdum bütün günümü ya oyunda ya da sosial şəbəkələrdə keçirdirdim.Sonra sonra artıq sayt işinə maraq göstərməyim mənim belə xəbərim olmadan məni yeni hədəfimə yönəltdi.İlk başlarda təbii ki,sayt yaratmaqı bu sistemin necə işlədiyini bilmirdim və hazir skriptlərlə öyrənməyə başladım.Domen və hostingi isə pulsuz müxtəlif serverlərdən açırdım.Sayt işi ilə məşqul olarkəndə helə internetdən pul qazanmaq barədə araşdırdım və saytdan pul qazandıran reklam saytları tapdim o vaxtlar Azərbaycanda reklam şirkəti olmadığı üçün məndə rus saytları ilə başladım.Dediyim kimi saytları pulsuz serverlərdən açdığım üçün sayta tam reyting qazandırmışdım ki,sayt bağlanırdı və qazancım bəlkə aya 30-40 Rubl təxmini 1AZN oldurdu :) Bundan sonra məndə blogspot saytı ilə mp3 saytı açdım və bunun üzərindən pulumu yığdım və 6 aya 900 Rubl qazanıb pullu bir sayt açdım.
Bu saytıda mp3 saytım elədim və artıq rus şirkətləriylə deyil də məşhur GOOGLE şirkətinin ADSENSE ilə saytıma reklam qoydum və aylıq gözəl qazanc əldə etdim və hal-hazırda günlük girişləri 1000 olan iki saytım var.

Hiç yorum yok:

Yorum Gönder